Kompleksin konsepsiyasında həndəsi fiqurlar başlıca rol oynayır Kompleksin konsepsiyasında həndəsi fiqurlar başlıca rol oynayır

Gələcəyin uşaq evi

Kompleksin konsepsiyasında həndəsi fiqurlar başlıca rol oynayır

LEGO-nun vətəni sayılan Danimarkada imkansız uşaqlar və yeniyetmələr üçün “Gələcəyin uşaq evi” adlanan yeni kompleks layihəsinin müəllifi memar Estudio Barozzi Veigadır.

Aznews.az xarici saytlara istinadla xəbər verir ki, kompleksin konsepsiyasında həndəsi fiqurlar başlıca rol oynayır. Uşaq evinin dizaynı tavan və tavan pəncərələri olan klassik Danimarka evinin əsas formalarına əsaslanır.

Burada uşaqlara filmə baxmaq üçün qapalı köşələr, ev tapşırıqları üçün sinif otaqları, rəsm və əl işləri üçün sahələr yaradılıb.

Evlərin isidilməsində günəş enerjisindən istifadə olunur.