Onun törətdiyi qətl hadisələri araşdırılır Onun törətdiyi qətl hadisələri araşdırılır

Afrikada silsilə qətllər törədən vampir tutulub

Onun törətdiyi qətl hadisələri araşdırılır

Keniya polisi xeyli müddətdir davam edən axtarışların ardından 20 yaşlı Masten Milimo Vanyalanı saxlayıb.

“Haber Global”ın məlumatına görə, gənc oğlan 10 azyaşlını öldürdüyünü, onlardan ən azı birinin qanını içdiyini etiraf edib.

Vanyala silsilə qətllərini son beş il ərzində törətdiyini bəyan edib.

Polisin məlumatına əsasən, vampir əvvəlcə uşaqları qaçıraraq, valideynlərindən pul tələb edib. İstədiyini ala bilmədikdə isə azyaşlıları öldürüb.

Hazırda cinayətkarın ifadələri əsasında onun törətdiyi qətl hadisələri araşdırılır. (oxu.az)