Əfqanıstanda yoxsul ailələr uşaqlarını satmağa məcbur olur

3 yaşlı qızın atası Ədbülvahab övladının həyatını qurtarmaq üçün pul tapmağa çalışdığını söyləyib

İqtisadi çöküş yaşanan Əfqanıstanda ailələr borclarını ödəmək üçün uşaqlarını satmaq məcburiyyətində qalırlar.

AzNews.az xəbər verir ki, Herat əyalətində ana borc aldığı şəxsə pulu geri qaytara bilməyib.

Borc verən Xəlil Əhməd isə anaya 3 yaşındakı qızı Nəcibəni satarsa, borcunun silinəcəyini deyib.

Hadisə ilə bağlı danışan X.Əhməd məlumatı təsdiqləyib. O, ailənin borcu geri qaytarmaq üçün qızlarını satmaqdan başqa çarələri olmadığını deyib. Qızın evdə təmizlikçi işləyəcəyini, yetkinlik yaşına çatdıqdan sonra isə oğlu ilə evləndiriləcəyini qeyd edib.

3 yaşlı qızın atası Ədbülvahab övladının həyatını qurtarmaq üçün pul tapmağa çalışdığını söyləyib.

Şəbnəm Zahir