- Dünyanın halı
- 22 Oktyabr 2021 16:50
- 6 029
Bazardan aldığı banan fermeri şoka saldı

Fermer paketlərdəki narkotikin əvvəlcə kakao yağı olduğunu düşünüb
Belçikalı fermer Stefan Van Dorslaerin bazardan aldığı banan qutularının içərisindən kokain çıxıb.
AzNews.az xəbər verir ki, satmaq üçün bazardan 10 qutu banan alan fermer qutuların 7-də lentə bükülmüş kokain paketləri tapıb.
Fermer bildirib ki, paketlərdəki narkotikin əvvəlcə kakao yağı olduğunu düşünüb.
O polisə zəng vuraraq bu barədə məlumat verib. Hadisə yerinə gələn polislər qutuları yoxladıqdan sonra onları aparıb. Bazarda banan satan şəxslər dindirilib. Hadisə ilə bağlı istintaq davam edir.
Lamiyə Əliyeva