Alimlər koronavirusun uzunmüddətli fəsadlarını AŞKARLADI

Yaddaş itkisi koronavirus infeksiyasının uzunmüddətli nəticəsi ola bilər

Aznews.az xəbər verir ki, bu barədə "JAMA Network Open" jurnalının dərc etdiyi araşdırmada deyilir.

Mütəxəssislər Nyu-Yorkdakı klinikalar şəbəkəsinin 740 xəstəsini müayinə ediblər.

Sorğu zamanı COVID-19-dan sağalmış insanların 24%-də yadda saxlama prosesi ilə bağlı koqnitiv pozğunluqlar aşkar edilib. Digər 23% isə beynində olan məlumatları xatırlaya bilmir.

Xəstələrdə infeksiyanı yüngül keçirənlərə nisbətən diqqət və çalışqanlıq, eləcə də zehni tapşırığı yerinə yetirmə sürəti ilə bağlı problemlərlə üzləşmə ehtimalı daha yüksək olub.