Almaniyada hakim koalisiyanın qurulduğu elan edilib

Almaniyada Sosial Demokrat Partiyası (SDP), Yaşıllar və Azad Demokrat Partiyası (ADP) hakim koalisiya yaradıb

Aznews.az xəbər verir ki, bu barədə federal kanslerliyə namizəd Olaf Şolz “Handelsblatt” qəzetinin YouTube kanalında bildirib.

Şolz əlavə edib ki, hər üç partiyanın yaxın on gün ərzində koalisiya sazişini təsdiqləməsi üçün səy göstəriləcək.