Britaniyada koronavirusa yoluxma sayı azalıb

Bu barədə "The Guardian" məlumat yayıb

Böyük Britaniyada son sutkada koronavirusa 109 mindən çox yoluxma qeydə alınıb ki, bu da bir gün əvvəlki ilə müqayisədə 24% azdır.

Aznews.az xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.

Ötən gün yoluxma 129,5 min nəfər təşkil edib.

Sutka ərzində koronavirusdan 335 nəfər ölüb.

Böyük Britaniyada, Avropanın bir çox başqa ölkələri kimi son həftələrdə koronavirusun "omikron" ştamı sürətlə yayılıb.

Ümumilikdə, ölkədə pandemiyanın başlanğıcından bugünədək 14,9 milyon yoluxma aşkar edilib, 151 mindən çox insan dünyasını dəyişib.