4 nəfər yaralanıb 4 nəfər yaralanıb

Almaniyada universitetdə atışma olub

4 nəfər yaralanıb

Almaniyanın cənub-qərbində yerləşən Heydelberq universitetində baş vermiş silahlı insident nəticəsində dörd nəfər yaralanıb.

Aznews.az xəbər verir ki, hadisəni törədən şəxs daha sonra intihar edib.

Almaniya polisi yaralılardan bəzilərinin durumunun ağır olduğunu, əlavə təhlükənin olmadığını açıqlayıb.

Polis insidentin bir nəfər tərəfindən törədildiyini bəyan edib. İnsidentin motivləri hələlik məlum deyil.

Yerli media cinayəti törədən şəxsin tələbə olduğunu yazıb. DPA agentliyinin xəbərinə görə, hadisəni törədən şəxs universitetin tələbəsidir. O, heç bir siyasi və dini tələb irəli sürməyib.

Qeyd edək ki, əsası 1386-cı ildə qoyulmuş Heydelberq universiteti Almaniyanın ən qədim universiteti hesab edilir.

***

saat 17:24

Almaniyada universitetdə atışma olub, yaralılar var.

APA-nın "Independent"ə istinadən verdiyi xəbərə görə, insident Almaniyanın cənub-qərbində yerləşən Heydelberq universitetində qeydə alınıb.

Silahlı şəxs auditoriyaya daxil olaraq atəş açıb.

Polisin verdiyi məlumata görə, silahlı şəxs ölüb, lakin bunun necə baş verdiyi barədə təfərrüat açıqlanmayıb.

Hələlik neçə nəfərin yaralandığı barədə məlumat verilmir.