- Dünyanın halı
- 3 İyul 2022 17:27
- 7 838
Misirdə daha bir qadın köpək balığının hücumu nəticəsində ölüb

Hadisə ilə bağlı mütəxəssislərdən ibarət işçi qrupu formalaşdırılıb
Misir Ətraf Mühit Nazirliyi bu gün Xurqadı rayonunda köpək balığının hücumu nəticəsində daha bir qadının öldüyünü açıqlayıb.
Aznews.az xəbər verir ki, hadisə Sahl-Xaşiş çimərliyində qeydə alınıb.
Hadisə ilə bağlı mütəxəssislərdən ibarət işçi qrupu formalaşdırılıb.
Qırmızı dəniz əyalətinin qubernatoru general-mayor Əmr Hanafi Sahl-Xaşiş çimərliyində istənilən fəaliyyətin qadağan edilməsi barədə qərar qəbul edib.
Qeyd edək ki, ötən cümə günü Avstriya vətəndaşı olan qadın Sahl-Xaşiş çimərliyində köpək balığının hücumu nəticəsində ölüb. Köpək balığı qadının əlinə və ayağına ciddi xəsarət yetirib və o, xəstəxanaya aparılarkən yolda həyatını itirib.