Dünyada koronavirusa yoluxanların sayı 576 milyonu ötüb

İndiyədək 6 milyon 399 min 498 nəfər COVID-19 nəticəsində dünyasını dəyişib

Dünyada koronavirusa yoluxanların sayı 576,81 milyonu ötüb.

Aznews.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Cons Hopkins Universiteti məlumat yayıb.

Qeyd edək ki, indiyədək 6 milyon 399 min 498 nəfər COVID-19 nəticəsində dünyasını dəyişib.

20 milyondan çox yoluxma olan ölkələr arasında ABŞ, Hindistan, Braziliya, Fransa, Almaniya və Böyük Britaniya da var.

Koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.