Pxenyanın bu ilin əvvəlindən həyata keçirdiyi raket sınaqlarının sayı 21-ə çatıb Pxenyanın bu ilin əvvəlindən həyata keçirdiyi raket sınaqlarının sayı 21-ə çatıb

Şimali Koreya yeni təhlükəli raketi sınağdan keçirib

Pxenyanın bu ilin əvvəlindən həyata keçirdiyi raket sınaqlarının sayı 21-ə çatıb

Şimali Koreya ballistik raket olduğu düşünülən yeni silah sınağı keçirir.

AzNews.az xəbər verir ki, bu barədə Yaponiya Müdafiə Nazirliyi məlumat yayıb.

Yaponiya Müdafiə Nazirliyindən verilən açıqlamada Pxenyanın yerli vaxtla saat 20:51-də ballistik raket olduğu düşünülən yeni raketi atdığı qeyd edilib.

Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri də Pxenyanın raket sınağını təsdiqləyib və ABŞ ordusu ilə əməkdaşlıq çərçivəsində kəşfiyyat və təhlil işlərinin davam etdiyini açıqlayıb.

Şimali Koreya dünən Yaponiya istiqamətində iki yeni qısa mənzilli ballistik raket buraxıb və raketlər Yaponiyanın müstəsna iqtisadi zonasından kənara düşüb. Pxenyanın bu ilin əvvəlindən həyata keçirdiyi raket sınaqlarının sayı 21-ə çatıb.

Züriyə Qarayeva