AK rəhbəri: “IGB kimi layihələr qışda Avropanı qazla kifayət qədər təmin edəcək”

"Bu gün qaz kəmərinin işə salınması ilə Bolqarıstan və Cənub-Şərqi Avropa üçün yeni dövr başlayır"

"Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) kimi layihələr qışda Avropanı qazla kifayət qədər təmin edəcək”.

Aznews.az xəbər verir ki, bunu Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen Sofiyada Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (IGB) istifadəyə verilməsi mərasimində çıxışı zamanı deyib.

O bildirib ki, bu gün qaz kəmərinin işə salınması ilə Bolqarıstan və Cənub-Şərqi Avropa üçün yeni dövr başlayır.

Onun sözlərinə görə, əvvəllər Bolqarıstan təbii qazın 80 %-ni Rusiyadan alırdı, lakin bu, Rusiyanın Ukraynada müharibəyə başlamasından və onun “Avropaya qarşı enerji müharibəsi” elan etməsindən əvvəl idi.

"Bu boru kəməri Bolqarıstan və Avropanın enerji təhlükəsizliyi üçün vəziyyəti dəyişdirir və Rusiya qazından asılılığı aradan qaldırır", - AK rəhbəri vurğulayıb.