- Dünyanın halı
- 3 Oktyabr 2022 15:18
- 3 446
Pakistanın keçmiş baş naziri İmran Xanın həbsinə qərar verilib

Müvəqqəti girov müddəti sentyabrın 12-dək uzadılıb
Pakistan məhkəməsi keçmiş baş nazir İmran Xanın terrorizm ittihamı ilə həbs olunmasına qərar verib.
Marqalla rayon yerli hakimi Pakistan Ədalət Hərəkatının (PTI) lideri Xana hökm elan edib.
Sentyabrın 1-də məhkəmə Xanın müvəqqəti girov müddətini sentyabrın 12-dək uzadıb.
Avqustun 21-də İmran Xanın "polisi və hakimi hədələdiyi" əsası ilə Terrorla Mübarizə Qanununa əsasən iş başlanmışdı. Sözügedən əməliyyatda Xanın hakim Zeba Çaudrini, İslamabad polis rəisini və onun müavinini hədələdiyi ifadə edilib.
Züriyə Qarayeva