Ermənistanda deputat avtomobil qəzasına düşüb

Ermənistan parlamentinin hakim “Mülki müqavilə” fraksiyasının deputatı Gevorq Papoyan Dilicanda avtomobil qəzasına düşüb.

Aznews.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, onun maşını yoldan çıxaraq ağaca çırpılıb.

Deputatın xəsarət almadığı bildirilir.

Avtomobilin sürücüsü xəstəxanaya yerləşdirilib.