Bəzi rus qadınları əsgər ərlərini ukraynalı qadınları zorlamağa təşviq edir

İngiltərənin paytaxtı Londonda keçirilən konfransda çıxış edən Ukrayna prezidenti Volodomir Zelenskinin həyat yoldaşı Yelena Zelenskaya bəzi rus qadınlarının müharibədəki ərlərini ukraynalı qadınları zorlamağa təşviq etdiyini iddia edib.

Aznews.az xarici mediaya istinadən bildirir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) keçən ay dərc etdiyi hesabatda Rusiyanın Ukraynaya hücumundan bəri rus əsgərlərinin onlarla müharibə cinayəti törətdiyinə dair sübutların olduğu bildirilir.

BMT müstəntiqləri həmçinin çoxsaylı cinsi istismar və zorakılıq hallarını aşkar ediblər. İşlərə ukraynalı hərbi əsirlərin işgəncəsi, həmçinin uşaqlara qarşı cinsi zorakılıq və qadınların zorlanması iddiaları daxildir. Bununla belə, BMT əməkdaşları hələ də vəhşiliklərin dərəcəsini araşdırır.

"Münaqişələrdə Cinsi Zorakılığın Qarşısının Alınması" adlı konfransda çıxış edən Yelena Zelenskaya belə dəhşətli hadisələrin taktiki qərar olduğuna şübhə etmədiyini bildirib.

O, deyib: "Sekslə bağlı cinayətlər təkcə zorakılıq və ya insanları təhdid etməkdən ibarət deyil, bu, əslində onların arsenalında olan başqa bir silahdır. Bu səbəbdən də bunları müharibə cinayətləri kimi tanımaq və bütün günahkarları məsuliyyətə cəlb etmək çox vacibdir. Cinsi cinayətlər sistematik şəkildə həyata keçirilir və rus əsgərləri bu hərəkətlərini telefonda öz arvadlarına danışırlar. Arvadları isə onlara ukraynalı qadınları zorlayın, amma bunu bizimlə paylaşmayın deyir".

NURAY