Çində aksiyalar: “Sıfır Covid”dən siyasi tələblərə

Çində hökumətin 'sıfır Covid' strategiyası və üsulları ölkədə uzun müddətdir görünməyən etirazlara səbəb olsa da, polisin gördüyü sərt tədbirlərdən sonra bir çox şəhərə yayılan nümayişlər yatırılıb.

Aznews.az xəbər verir ki, Çindəki səhiyyə mütəxəssisləri koronavirusla bağlı məhdudiyyətləri müdafiə etdiklərini, lakin son hadisələrdən sonra bəzi tədbirlərin azaldıla biləcəyini bildiriblər.

4 aya yaxındır davam edən “Sıfır Covid” siyasətindən bezən insanların toplaşdığı aksiyalar tədricən siyasi xarakter almağa başlayıb. “Çin Kommunist Partiyasına yox!”, “Si Cinpin istefa!”, “Azadlıq istəyirik!” və s. etirazların əsas şüarlarına çevrilib.

Mövsüm