Braziliyada ölümlə nəticələnən torpaq sürüşməsi baş verib

Braziliyanın cənubunda avtomobil yolunda torpaq sürüşməsi baş verib.

Aznews.az xəbər verir ki, hadisə nəticəsində iki nəfər ölüb, onlarla insan itkin düşüb.

BR-376 şossesində baş verən sürüşmə azı 16 avtomobilə zərər vurub.

Hadisə yerində olan xilasedicilər pis hava şəraitinin və böyük ərazinin axtarış işlərini çətinləşdirdiyini bildiriblər.

Yerli hakimiyyət orqanları mətbuat konfransında bildiriblər ki, 30-50 nəfər itkin düşüb.

Təcili yardım xidmətləri sahilyanı Quaratuba şəhərinin meri Roberto Yustus da daxil olmaqla altı sağ qalanı tapıb.

Mövsüm Şahsuvar