- Dünyanın halı
- 28 Dekabr 2022 16:10
- 4 196
Yelena Zelenskaya psixi sağlamlıq sahəsində gördüyü işlərlə bağlı hesabat verib

Ukraynanın birinci xanımı Yelena Zelenskaya 2022-ci ildə psixi sağlamlıq və psixososial dəstək sahəsində gördüyü işlərlə bağlı hesabat verib.
"Fevralın 24-dən ukraynalılar bir çox sınaqlarla üzləşiblər. Bunlardan biri tammiqyaslı müharibənin psixi sağlamlığa təsiridir. “Gradus” şirkətinin 2022-ci ilin yayında apardığı araşdırma göstərib ki, ukraynalıların 70%-dən çoxu stresli və ya çox əsəbi hiss edir.
Bu çətinliyin öhdəsindən gəlmək üçün mən Milli Psixi Sağlamlıq və Psixososial Dəstək Proqramının başlanması təşəbbüsünü irəli sürdüm. Məqsəd ən yaxşı qlobal və yerli təcrübələri özündə birləşdirəcək psixi sağlamlıq və psixososial dəstək sisteminin öz Ukrayna modelini yaratmaqdır. Tapşırıqlar arasında yüksək keyfiyyətli və münasib qiymətə psixi sağlamlıq xidmətlərinin effektiv sisteminin qurulması da var ki, ehtiyacı olan hər kəs onlardan istifadə edə bilsin”, - deyə o bildirib.
Qeyd edək ki, proqramın hazırlanması və həyata keçirilməsi Ukrayna və beynəlxalq mütəxəssislərlə sıx əməkdaşlıq şəraitində Səhiyyə Nazirliyi tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının dəstəyi ilə həyata keçirilir.
Pərvanə