- Dünyanın halı
- 30 Yanvar 10:59
- 1 333
Deyr əz-Zorda İran terror qruplaşmalarının karvanına hava hücumu olub

Deyr əz-Zorun şərqində, Elbukemal şəhəri yaxınlığında, hansı ölkəyə aid olduğu bilinməyən PUA-lar İranın dəstəklədiyi xarici terrorçu qrupların logistika karvanına hücum edib.
Aznews.az xəbər verir ki, İraqdan Suriyaya daxil olan və Elbukemal qəsəbəsinin Herri kəndində hədəf alınan konvoyda bağlı qutularla dolu ən az 4 TIR hücumların hədəfinə çevrilib.
Hücumla bağlı ölən və ya yaralananlar barədə məlumat verilməyib.
Mövsüm