Peruda daşqın və torpaq sürüşmələri nəticəsində 40 nəfər ölüb

Cənubi Amerika ölkəsi olan Peruda leysan yağışların səbəb olduğu sel və torpaq sürüşmələrində 40 nəfər ölüb.

AzNews.az xəbər verir ki, güclü yağışlar Arekipa, Sekoça və Kamana əyalətlərində yağıb.

Fövqəladə Əməliyyatlar Mərkəzi (COER) təbii fəlakətdə 5 nəfərin itkin düşdüyünü bildirib.

Sürüşmə nəticəsində 5495 evin, 538 kilometr yolun və 34 körpünün zədələndiyi deyilir.

Minlərlə insanın evsiz qaldığı daşqınlarda axtarış-xilasetmə işləri davam edir. Arekipa bölgəsində fövqəladə vəziyyət elan edilib.

Pərvanə