İtaliyadan Türkiyəyə mənalı mesaj

İtaliya mərkəzi Kahramanmaraşda olan 7,7 və 7,6 bal gücündə zəlzələlər səbəbilə zəlzələ bölgəsinə yardım göndərib.

AzNews.az xəbər verir ki, səfirlik bu yardımı “Ümidsizliyin arxasında çoxlu ümidlər, qaranlıqların arxasında çoxlu günəşlər var” sözləri ilə paylaşıb.

Türkiyə dünyada COVID-19-dan ən çox təsirlənən ölkələrdən biri olan İtaliyaya yardım əli uzatmışdı.

Göndərilən materialların olduğu qutuların üzərində italyan və ispan dillərində “Ümidsizliyin arxasında çoxlu ümidlər var. Qaranlığın arxasında çoxlu günəşlər var" yazılmışdı.

Pərvanə