- Dünyanın halı
- 20 Fevral 2023 16:53
- 3 930
Dünya qlobal silah yarışındadır- Aleksandr Vuçiç

Müdafiə sektoruna investisiyalar dünyada artmaqdadır və bu, qlobal silahlanma yarışına işarə edir.
Aznews.az xəbər verir ki, bu barədə Serbiya prezidenti Aleksandr Vuçiç Əbu-Dabidə keçirilən IDEX beynəlxalq silah sərgisində deyib.
"Ümumi nəticə ondan ibarətdir ki, müdafiə sənayesinə həm rəsmi, həm də qeyri-rəsmi sərmayələrin artması ilə universal silahlanma yarışı başlayıb. Biz indi 2%-dəyik və 2,3%-ə, 3%-ə keçirik.”, - deyə o, bildirib.
Serbiya liderinin sözlərinə görə, Belqrad artıq alınmış silahların çatdırılmasında problemlər yaşayır.
Qeyd edək ki, Aleksandr Vuçiç fevralın 19-dan 22-dək Abu Dabidə rəsmi səfərdədir. O, IDEX Beynəlxalq Müdafiə Sərgisinin açılışında iştirak edir. Onun Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşü gözlənilir.
Mövsüm