Madaqaskarda Freddy qasırğası fəlakətə səbəb oldu

Madaqaskarda təsirli olan “Freddi” qasırğası nəticəsində 4 nəfərin öldüyü bildirilib.

Aznews.az xəbər verir ki, Şərqi Afrika ölkəsi Madaqaskarda saatda 180 kilometr sürətlə quruya çatan Freddi qasırğası fəlakətə səbəb olub. Güclü yağışlar nəticəsində ölkənin cənub-şərqində daşqınlar baş verib, güclü külək isə evlərin dam örtüyünün uçmasına səbəb olub. Qasırğa səbəbiylə məktəblərin bağlandığı ölkədə də nəqliyyatın dayandığı qeyd edilib.

Hökumətin Milli Risk və Fəlakət İdarəsindən verilən açıqlamada qasırğa səbəbindən ölkədə 4 nəfərin öldüyü, 11 min 477 nəfərin isə evlərini tərk etmək məcburiyyətində qaldığı bildirilib.

Açıqlamada daşqın zonalarında 2276 evin su altında qaldığı, 2260-dan çox evin dağıldığı və ya zədələndiyi bildirilib.

Mövsüm