- Dünyanın halı
- 23 Fevral 2023 13:12
- 2 898
Kanada ərazisində casusluq cəhdlərini izləyir və qarşısını alır

Kanada bu yaxınlarda Çinin ölkənin şimalındakı hava və dəniz bölgələrində müşahidə fəaliyyətlərinin izləndiyini və bloklandığını açıqlayıb.
Aznews.az xəbər verir ki, Kanadanın dövlət televiziyası CBC-nin məlumatına görə, Kanada Müdafiə Nazirliyinin sözçüsü Daniel Le Bouthillier, "Çinin Kanada hava və dəniz məkanında müşahidə əməliyyatları aparmaq üçün son səylərindən tam xəbərdar olduqlarını" söylədi.
Le Bouthillier bildirib ki, Kanada ordusu LIMPID adlı əməliyyat çərçivəsində 2022-ci ildən bəri Kanada ərazisində casusluq cəhdlərini izləyir və qarşısını alır.
Kanadanın xarici işlər naziri Melani Coli də dünən CNN televiziyasına verdiyi müsahibədə “Çin getdikcə dağıdıcı gücə çevrilir” -deyə qeyd edib.
Mövsüm