Slovakiya dörd "MiQ-29" qırıcısını Ukraynaya təhvil verib

Slovakiya ötən il öz hərbi hava qüvvələrindən çıxarılan 13 “MiQ-29” qırıcısından ilk dördünü Ukraynaya təhvil verib.

Aznews.az xəbər verir ki, bu barədə CTK agentliyi ölkənin Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Transfer Slovakiya Hərbi Hava Qüvvələri ilə razılaşdırılaraq ukraynalı pilotlar tərəfindən həyata keçirilib.

Qalan təyyarələr yaxın həftələrdə Ukraynaya təhvil veriləcək.

Xatırladaq ki, martın 17-də Slovakiya və Ukrayna “MiQ-29” qırıcılarının Kiyevə təhvil verilməsi haqqında saziş imzalayıb.