- Dünyanın halı
- 27 Mart 16:50
- 1 413
Əfqanıstanda kamikadze hücumu olub

Əfqanıstanın paytaxtı Kabildə Xarici İşlər Nazirliyi yaxınlığında kamikadze hücumu nəticəsində ilkin məlumata görə, 6 nəfər həlak olub.
Aznews.az xəbər verir ki, Kabil Polis İdarəsinin sözçüsü Xalid Zedran mətbuata verdiyi açıqlamada hücumçunun Nazirliyin yerləşdiyi küçənin girişindəki nəzarət-buraxılış məntəqəsinə yaxınlaşarkən təhlükəsizlik qüvvələri tərəfindən zərərsizləşdirildiyini və bombanın şəxsin üzərində patladığını bildirib.
Hücumda 6 mülki vətəndaşın həyatını itirdiyini bildirən Zedran, 3-ü Taliban üzvü olmaqla bir neçə nəfərin yaralandığını bildirib .
Hücum nəticəsində biri uşaq olmaqla 12 nəfər yaralanıb.
Taliban rəsmiləri hələlik açıqlama verməsələr də, heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib.
Mövsüm