Çin Səudiyyə Ərəbistanı-İran dialoqunu dəstəkləyəcək

Pekin Ər-Riyad və Tehran arasında gələcək dialoqu dəstəkləyəcək .

Aznews.az xəbər verir ki, Çin Mərkəzi Televiziyasının məlumatına görə, Çin prezidenti Si Cinpin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud ilə telefon danışığı zamanı bildirib.

“Çin tərəfi Səudiyyə Ərəbistanı ilə İran arasında bundan sonra yaranacaq dialoqu dəstəkləməyə davam etmək niyyətindədir”, - telekanal prezidentin sözlərindən sitat gətirib.

Si Cinpin Səudiyyə Ərəbistanı ilə İran arasında münasibətlərin normallaşmasının regionda birlik və əməkdaşlığın möhkəmlənməsində mühüm rol oynadığına diqqət çəkib. Çin liderinin sözlərinə görə, fikir ayrılıqlarının dialoq yolu ilə həlli bütün ölkələrin maraqlarına və beynəlxalq ictimaiyyətin gözləntilərinə uyğun idi. "Ümid edirik ki, Səudiyyə Ərəbistanı və İran mehriban qonşuluq ruhuna sadiq qalacaq və Pekin dialoqunun nəticələri əsasında münasibətlərini yaxşılaşdırmağa davam edəcək", - Si Cinpin deyib.

Mövsüm