Litva və Estoniya TBMM “Finlandiyanın NATO-ya daxil olmasını təsdiqləməsini” alqışlayır

Litvanın xarici işlər naziri Qabrielius Landsberqis Finlandiyanın NATO-ya üzvlük protokolunun Türkiyə Böyük Millət Məclisinin Baş Assambleyasında təsdiq edilməsinə dair qanun layihəsinin qəbulunu alqışladıqlarını bildirib.

Aznews.az xəbər verir ki, bu barədə Landsberqis "Twitter" hesabında Helsinkiyə "Salam Finlandiya" yazıb .

İsveçin NATO-ya üzv olmasını gözlədiklərini ifadə edən Landsberqis, "Litva Türkiyənin Finlandiya ilə bağlı qərarını alqışlayır və indi 4-cü Baltikyanı ölkə İsveçin NATO-da iştirakını səbirsizliklə gözləyirik" -deyə qeyd edib.

Estoniyanın baş naziri Kaja Kallas da "Twitter" hesabında "Bütün müttəfiqlər Finlandiyanın NATO-ya daxil olmasını bəyənir. Əziz şimal qonşularım, NATO-ya xoş gəlmisiniz. Bu, Baltik dənizi regionu və bütün Alyans üçün tarixi bir məqamdır. Ümid edirəm Macarıstan və Türkiyə , İsveçin üzvlüyünüdə tez bir zamanda təsdiq edər"-deyə vurğulayıb.

Qeyd edək ki, Finlandiyanın NATO-ya üzvlük protokolunun təsdiq edilməsi haqqında qanun layihəsi Türkiyə Böyük Millət Məclisinin Baş Assambleyasında qəbul edilib .

Mövsüm