- Dünyanın halı
- 14 Aprel 16:38
- 3 311
İndoneziyada 7 bal gücündə zəlzələ baş verib
.jpg)
İndoneziyanın Yava adasında 7 bal gücündə zəlzələ baş verib.
Aznews.az xəbər verir ki, ABŞ Geoloji Xidməti (USGS) 7 bal gücündə zəlzələnin episentrinin Tuban şəhərindən 96,5 kilometr şimalda olduğunu açıqlayıb.
İlkin məlumatlara görə yerin 594 kilometr dərinliyində baş verən zəlzələdə can və mal itkisi olmayıb.
İndoneziya Meteorologiya, İqlim və Geofizika Agentliyi (BMKG) zəlzələdən sonra "sunami" xəbərdarlığı etməyib.
Qeyd edək ki, İndoneziyanın Aceh bölgəsində 2004-cü ildə baş verən zəlzələdən sonra təxminən 170.000 insan həyatını itirmişdi.
Mövsüm