Aİ yanğınsöndürən təyyarə və helikopterlərin sayını ikiqat artırır

Avropa İttifaqı (Aİ) qarşıdan gələn yay mövsümünə qədər meşə yanğınları ilə mübarizə üçün yanğınsöndürən təyyarə və helikopterlərin sayını iki dəfə artıraraq 28-ə çatdırıb.

Aznews.az xəbər verir ki, Aİ ölkələrinin bir qrup xəbər agentliyinə müsahibə verən Aİ Komissiyasının böhranların idarə olunması üzrə məsul üzvü Janez Lenarçiç bildirib ki, təyyarələr üzv ölkələrdə və qonşu ölkələrdə yanğınlar üçün istifadə olunacaq.

Lenarçiç, 28 avtomobil arasında 10 "Canadair" yanğınsöndürmə təyyarəsi, 14 yüngül amfibiya təyyarəsi və 4 helikopterin olduğunu qeyd edib.

Bu ilin əvvəlki illərə nisbətən daha quraq keçdiyini deyən Lenarçiç qeyri-adi quru hava ilə artan temperaturun birləşməsi meşə yanğınları üçün əlverişli mühit yaratdığını xatırladıb.

Lenarçiç qeyd edib ki, təyyarədən əlavə Yunanıstan, Fransa və Portuqaliyada 400-dən çox yanğınsöndürən yerləşdiriləcək.

Mövsüm