İndoneziya “qızıl viza” proqramına başlayır

İndoneziya hökuməti ölkəni işləmək üçün daha cəlbedici etmək məqsədi daşıyan “qızıl viza” proqramına başlayacağını açıqlayıb.

Aznews.az xəbər verir ki, Turizm naziri Sandiaga Uno bildirib ki, “qızıl viza” proqramı ölkəyə daha çox xarici işçi və investor cəlb etmək üçün bir irəliləyiş ola bilər.

Ölkəni işləmək üçün daha cəlbedici etmək məqsədi daşıyan müraciət çərçivəsində əcnəbilərə 10 ilə qədər oturma icazəsi verilə biləcəyini ifadə edən Uno, texniki detalların hələ dəqiqləşdirilmədiyini açıqlayıb.

"Qızıl viza, rəqəmsallaşma, səhiyyə, tədqiqat və texnologiya sahələrində keyfiyyətli istedadları cəlb etmək üçün tezliklə başlayacağımız yeni bir proqramdır. Bu proqram rəqəmsal köçərilər və sahibkarlar kimi daha çox əcnəbini sərmayə qoymağa cəlb etməklə yeni zəmin yaradacaq",-deyə Uno qeyd edib..

Qeyd edək ki, İndoneziya Yeni il ərəfəsində "ikinci ev" viza proqramını təqdim etmişdi.

İkinci ev vizası proqramı əcnəbilərə vizası olduqda və bank hesablarında və ya İndoneziyadakı dəbdəbəli əmlaklarında təxminən 130.000 ABŞ dolları olduğunu sübut edə bilsələr, 10 ilə qədər yaşamaq icazəsi üçün müraciət etməyə imkan verir.

Mövsüm