Polşanın Baş naziri: Azadlığımızı qorumaq bizim ən müqəddəs milli borcumuzdur

Rusiyanın “təcavüzkarlığı” radikal siyasi və iqtisadi dəyişikliklərə gətirib çıxarıb.

Aznews.az xəbər verir ki, bu barədə Polşanın baş naziri Mateusz Moravyeçki bildirib.

"Nə sülh, nə təhlükəsizlik, nə də azadlıq birdəfəlik verilmir. Onları qorumaq bizim ən müqəddəs milli borcumuzdur", - deyə Moravyeçki qeyd edib.

Polşanın paytaxtı Varşavada keçirilən “Böyük Layihə” konfransına videomüraciət göndərən Moravyeçki Ukraynanın qəhrəmancasına müqavimət göstərdiyini bildirib.

Dünyada qaydaların dəyişdiyini bildirən Moravyeçki, "Siyasətdən sonrakı dövr gözümüzün qabağında sona çatır. Siyasət müharibənin dəhşətli simasına geyinərək bizə özünü xatırlatdı" ,-deyə o vurğulayıb.

Avropanın insan ləyaqəti, fərdi azadlıq və demokratiya dəyərlərini müdafiə etdiyini vurğulayan Moravyeçki, Ukrayna-Rusiya müharibəsində əsas məsələnin Kiyevin sağ qalması deyil, həm də Qərbin gələcəyi olduğunu söylədi.

“Rusiyanın qələbəsinin” Avropa üçün ən böyük təhlükə olduğuna diqqət çəkən Moravyeçki: "Ukraynanın qəhrəmancasına müqaviməti və Polşanın başçılıq etdiyi Mərkəzi və Şərqi Avropa ölkələrinin bütün NATO-nu öz tərəfinə götürərək Ukraynanı xilas etmələri Qərbə nəhayət Rusiyaya qarşı durmağa imkan verdi. Güclü və öz irsinə sadiq olan onun böyüklüyünü quran dəyərlərə sadiq bir Avropa bugünkü tarixi sarsıntılardan sağ çıxa bilər. Bu, bizim hamımız üçün böyük vəzifədir, çünki heç kim bizim nəslin bu vəzifəni yerinə yetirməsinə mane ola bilməz",-deyə yekunlaşdırıb.

Mövsüm