AİHM Belçikaya "hüquqi proseslərin ləngliyi" ilə bağlı xəbərdarlıq edib

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Belçikada mülki işlərin uzun sürməsinin struktur problemi ilə bağlı olduğunu və ölkənin bunu həll etməli olduğunu bildirib.

AİHM-in verdiyi açıqlamaya görə, Belçika vətəndaşı Tom Van den Kerkhof 2015-ci ildə daşınmaz əmlakın satışı ilə bağlı yaranmış mübahisə ilə bağlı Brüsseldə birinci instansiya məhkəməsində iddia qaldırıb.

İşə 2017-ci ildə baxıldı, lakin van den Kerkhof nəticə ilə bağlı mübahisə etdi. 2018-ci ildə keçirilən apellyasiya məhkəməsində qərar 2026-cı ilə təxirə salınıb.

Van den Kerkhof AİHM-ə müraciət edərək, onun işinin hələ də yekunlaşmamasının insan hüquqlarının pozulması olduğunu əsas gətirib.

AİHM-in araşdırması nəticəsində vəziyyətin Belçikanın hüquq sistemindəki struktur problemindən qaynaqlandığı müəyyən edilib və ölkəyə problemin həlli və işlərin “ağlabatan müddət” ərzində yekunlaşdırılması tövsiyə olunub.

Belçikada bürokratik və hüquqi proseslərin uzunluğundan tez-tez şikayətlənilir.

Mövsüm

Aznews.az