Fransa Malidən çəkildi

Terrorçuluğu dəstəkləməkdə ittiham olunan Fransanın Malidən qoşunlarını çıxarmasından sonra Mərkəzi Afrika ölkəsində terror aktları artıb.

Mərkəzi Afrika ölkəsi Mali uzun müddətdir ki, terror təşkilatlarına qarşı mübarizə aparır.

Terror təşkilatları hərbi və mülki hədəflərə edilən hücumlarla yüzlərlə insanın həyatını itirməsinə səbəb olur.

Nəhayət, Timbuktu bölgəsindən keçən Niger çayı üzərində hərəkət edən sərnişin qayığı raketlərlə hücuma məruz qalıb.

3 raketin mühərrikinə dəyməsi nəticəsində gəmidə 49 nəfər həlak olub.

Yerli mətbuatın məlumatına görə, göyərtəsində 300 nəfərin olduğu qayıq ciddi zədələnməyə baxmayaraq sahilə yaxınlaşa bilib.

Digər tərəfdən, Qao bölgəsindəki Bamba rayonunda yerləşən əsgərlərə təşkil edilən terror hücumunda 15 əsgər həlak olub.

Mövsüm

Aznews.az