Tayvan: Adanın ətrafında 55 Çin hərbi təyyarəsi aşkar edildi

Tayvan Müdafiə Nazirliyi dünən axşamdan səhər saatlarına qədər Tayvan adası ətrafında 55 Çin hərbi təyyarəsinin aşkar edildiyini bildirib.

Aznews.az xəbər verir ki, Nazirliyin sosial paylaşım saytı X hesabında edilən açıqlamada 55 təyyarədən 27-nin Tayvanın "Hava Hücumundan Müdafiə Tanıma Zonası (ADİZ)" elan etdiyi bölgədə uçduğu bildirilib.

Açıqlamada qeyd olunub ki, ADİZ-in cənub-qərbində 12 “SU-30”, 10 “J-10”, 4 “J-16” tipli döyüş təyyarəsi və “WZ-7” tipli silahlı pilotsuz uçuş aparatı uçuşlar həyata keçirib.

Açıqlamada, adanın ətrafında 7 Çin döyüş gəmisinin göründüyü ifadə edilərək, "Tayvan silahlı qüvvələri vəziyyəti izləyir və döyüş təyyarələri, donanma gəmiləri və quru raket sistemlərini həyəcan vəziyyətinə gətirilib",-deyə qeyd edilib.

Mövsüm