Haiti ilə Keniya arasında diplomatik əlaqələr qurulub

Şiddətli insidentlər səbəbiylə Birləşmiş Millətlər Təşkilatının (BMT) sülhməramlı missiyasının göndərilməsinin gündəmdə olduğu Karib hövzəsi ölkəsi Haiti missiyaya rəhbərlik edəcəyi gözlənilən Keniya ilə diplomatik əlaqələr açıb.

Aznews.az-ın məlumatına görə, Haitinin baş naziri Ariel Henri X sosial media platformasındakı paylaşımında Keniya ilə diplomatik əlaqələrin qurulduğunu açıqlayıb.

Haiti ilə Keniya arasında sözügedən addım, Karib hövzəsi ölkəsində bandalarla mübarizədə polisə dəstək üçün göndərilməsi nəzərdə tutulan BMT-nin sülhməramlı qüvvələrinə Keniyanın rəhbərlik etmə ehtimalından sonra atılıb.

Sosial şəbəkələrdə yayılan görüntülərdə Haitidəki silahlı dəstələr sentyabrın 19-da paytaxt Port-au-Prinsdə nümayiş keçirərək, ictimaiyyəti baş nazir Henrini devirməyə çağırıblar.

Bölgədə gərginlik və zorakılığın artdığı bir vaxtda BMT Təhlükəsizlik Şurasının (BMT TŞ) Haitiyə təhlükəsizlik qüvvələrinin göndərilməsi məsələsini müzakirə edə biləcəyi bildirilir.

Mövsüm