- Dünyanın halı
- 2 Noyabr 2023 12:55
- 2 911
Meksikada təcili yardım təyyarəsinin qəzaya uğraması nəticəsində 4 nəfər ölüb

Meksikanın Morelos əyalətində təcili tibbi yardım təyyarəsinin qəzaya uğraması nəticəsində 4 nəfər ölüb.
Bildirilib ki, təcili tibbi yardım təyyarəsi əyalətin Temiksko şəhərinin Tetlama şəhəri yaxınlığında meşəlik əraziyə düşüb.
4 ekipaj üzvünün hamısının həyatını itirdiyi qəzaya ordu, Milli Qvardiya və dövlət təhlükəsizlik qüvvələrinin əməkdaşlarının müdaxilə etdiyi açıqlanıb.
Qəzanın səbəbi hələ məlum olmasa da, Morelos Baş Prokurorluğunun hadisə ilə bağlı araşdırma başlatdığı bildirilib.
Mövsüm
Aznews.az