Böyük Britaniya CFE Müqaviləsində iştirakını dayandırdı

Böyük Britaniya NATO müttəfiqləri ilə birlikdə Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilədə (CFE) iştirakını dayandırmaq qərarına gəlib.

Aznews.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin Britaniya hökumətinin saytında dərc olunmuş bəyanatında deyilir.

"Rusiyanın hərəkətinə cavab olaraq, Böyük Britaniya müttəfiqləri ilə birlikdə Müqavilədəki iştirakını dayandırmaq və könüllü sabitləşdirmə tədbirlərinin hazırlanması və həyata keçirilməsi üçün həmfikir ölkələrlə işləmək qərarına gəlib",-deyə bəyanatda deyilir.

Britaniyanın xarici işlər naziri Ceyms Kleverlinin sözlərinə görə, Rusiyanın CFE Müqaviləsindən çıxmaq qərarı Avro-Atlantik təhlükəsizliyin strateji sabitliyini və arxitekturasını, habelə müqavilənin əsasını təşkil edən qarşılıqlılıq prinsipini pozur.

Mövsüm