ABŞ-nin Ukraynaya sursat tədarükü 30%-dən çox azalıb

Yaxın Şərqdə münaqişənin kəskinləşməsindən sonra ABŞ-nin Ukraynaya sursat tədarükü 30%-dən çox azalıb və Kiyev rejimi döyüş meydanında mövqelərini itirmək riski ilə üzləşib.

Aznews.az xəbər verir ki, bu barədə "ABC" telekanalı Ukrayna rəsmisinə istinadən məlumat yayıb.

Söhbət NATO standartlı 155 mm-lik artilleriya mərmilərindən gedir ki, bu da ən vacib döyüş sursatıdır və Kiyevə verilən ümumi hərbi təchizatın təxminən 60-70%-ni təşkil edir.

“ABŞ-nin Ukraynaya NATO standartlarına uyğun artilleriya mərmilərinin tədarükü keçən ay İsrailin Qəzza zolağında HƏMAS-a qarşı müharibəsi başladığından bəri 30%-dən çox azalıb”, -deyə xəbərdə qeyd edilib.

Mövsüm