ABŞ-ın İraqın qərbindəki hərbi bazası raket zərbəsinə məruz qalıb -TV

İraqın Əl-Ənbar əyalətindəki ABŞ hərbi bazası Əl-Əsəd aviabazasına raket zərbələri endirilib.

Aznews.az xəbər verir ki, bu barədə “Sky News Arabia” telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, Amerika bazasına hücum səhər tezdən baş verib. Dəymiş ziyanla bağlı məlumat verilməyib.

Öz növbəsində, İraq Müqaviməti İslam Cəbhəsi qruplaşması noyabrın 20-də axşam saatlarında hərbi bazaya pilotsuz təyyarə ilə hücum etdiyini və hədəfi vurduğunu bildirib.

Mövsüm