Qəzza zolağında ölənlərin sayı 15,8 min nəfəri keçib

Qəzza zolağında İsraillə Fələstinin Həmas hərəkatı arasında qarşıdurmanın qızışmağa başlamasından bəri 15 899 nəfər həlak olub.

Aznews.az xəbər verir ki, "Al Jazeera" bu barədə anklavın Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

"Qəzza Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Kidra son hesabatında oktyabrın 7-dən bəri İsrailin hücumları nəticəsində ən azı 15 899 fələstinlinin öldürüldüyünü bildirib", - telekanal bildirib.

Əl-Kidrənin sözlərinə görə, anklavda 56 tibb müəssisəsi tamamilə dağılıb, daha 20 xəstəxana isə işləmir.

Qeyd edilib ki, münaqişə başlayandan indiyədək 238 tibb işçisi həlak olub, 56 təcili yardım maşını sıradan çıxıb.

Mövsüm