- Dünyanın halı
- 10 Yanvar 2024 16:18
- 4 665
Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı 206-ya çatıb
Yaponiyanın qərbindəki İşikava əyalətində və bu bölgədəki Noto yarımadasının sahillərində baş verən zəlzələlərdə həyatını itirənlərin sayı 206-ya yüksəlib.
Yaponiyanın qərbindəki İşikava prefekturasının qubernatorluğundan verilən açıqlamada, yanvarın ilk həftəsində baş verən çoxsaylı zəlzələlərdə ölənlərin sayının 206-ya yüksəldiyi bildirilib.
Açıqlamada, əyalət üzrə 22 bölgədə 400 təxliyyə məntəqəsində cəmi 26 min insanın qaldığı, 3 min 100 nəfərin isə bağlı yollar səbəbindən qapalı vəziyyətdə qaldığı bildirilib.
Açıqlamada bölgədə baş verən zəlzələlərdə yaralanan 567 nəfərin müalicə aldığı qeyd edilib, 52 nəfərin axtarışlarının davam etdiyi paylaşılıb.
Mövsüm
Aznews.az