Fransa bu il Ukraynaya göndəriləcək 72 Sezar artilleriya sistemi istehsal edəcək

Fransanın bu il Rusiyaya qarşı döyüşən Ukrayna üçün 72 Sezar artilleriya sistemi istehsal edəcəyini açıqlanıb.

Fransa Müdafiə Nazirliyindən verilən məlumata görə, Fransa və ABŞ-nin rəhbərliyi ilə yaradılan, Ukrayna ordusuna qısa və uzunmüddətli dövrdə dəstək məqsədi daşıyan “artilleriya koalisiyası” təşəbbüsünün açılışı paytaxt Parisdə keçirilib.

Ukraynalı həmkarı Rustem Umerovun videokonfrans vasitəsilə iştirak etdiyi açılışda çıxış edən müdafiə naziri Sebastien Lecornu bildirib ki, Fransanın dövlətə məxsus “Nexter” müdafiə şirkəti tərəfindən istehsal olunan taktiki təkərli maşınlara quraşdırılmış SEZAR artilleriya sistemlərindən 6-sı Ukraynaya göndəriləcək.

Nazir Lecornu qeyd edib ki, şirkət bu il Ukrayna üçün 72 artilleriya sistemi istehsal edəcək, onlardan 12-si Fransa tərəfindən maliyyələşdiriləcək.

Mövsüm

Aznews.az