Qızıl Aypara: İsrail Xan Yunisdəki Əl-Əmal xəstəxanasını vurub

İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağının Xan Yunis qəsəbəsindəki Əl-Əmal xəstəxanasına hücum edib.

Bu barədə Fələstin Qızıl Aypara Cəmiyyəti məlumat yayıb.

"Əl-Əmal xəstəxanası çoxsaylı hücumlara məruz qalır, İsrail qüvvələri birbaşa binanın üçüncü mərtəbəsini vuraraq iki otağın yanmasına səbəb olub", - təşkilatın mətbuat xidməti X sosial şəbəkəsində bildirib.

Hücum nəticəsində xəstəxananın su təchizatına və üzbəüz evə ziyan dəyib. Hücum zamanı BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) və Fələstin Qızıl Aypara Cəmiyyətinin nümayəndə heyətlərinin xəstəxananın həyətində olduğu bildirilib.

Mövsüm

Aznews.az