İsrail Qəzza münaqişəsi başlayandan bəri yerli silah istehsalına böyük sərmayə qoyur

İsrail Müdafiə Nazirliyi 2023-cü il oktyabrın 7-dən etibarən yerli istehsalçılardan 10 milyard dollar dəyərində silah aldığını bildirib.

Aznews.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Təxminən beş ay davam edən müharibədə müdafiə nazirliyi İsrail tədarükçüləri ilə 35 milyard şekeldən (təxminən 10 milyard dollar) çox müqabilində müqavilə bağlayıb. Nazirlik İsrail Müdafiə Qüvvələrinin (IDF) tələblərini yerinə yetirmək və [xarici təchizatlardan] müstəqilliyini təmin etmək üçün İsraildə gecə-gündüz satınalmalara davam edir",-deyə məlumatda qeyd edilib.

Nazirlik minlərlə silah aldığını və daha minlərlə silah sifarişinin olduğunu bildirib. Nazirliyin məlumatına görə, İsrail milli təhlükəsizliyini təmin etmək üçün silah istehsalını genişləndirir.

Mövsüm