Bolqarıstan prezidenti Radev Mariya Qabrieli baş nazir təyin edib

Bolqarıstan prezidenti Rumen Radev hökuməti qurmağı GERB Partiyasının baş nazirliyə namizədi Mariya Qabrielə tapşırıb.

Qabriel kabinetini formalaşdırmaq üçün 7 gün vaxtının olduğunu bildirib.

GERB Partiyası PP-DB Alyansı ilə koalisiya hökuməti quracaq və kabinetdəki 6 nazir GERB-dən, 11 nazir isə PP-DB-dən olacaq. Qabrielin həm baş nazir, həm də xarici işlər naziri olması planlaşdırılır.

Məsləhətləşmələr uğursuz olarsa, Bolqarıstanda növbədənkənar seçkilər keçirilə bilər.

Mövsüm

Aznews.az