ABŞ Rusiya və Çinlə silahlanmaya nəzarəti müzakirə etmək arzusunda olduğunu açıqlayıb

ABŞ hazırda Rusiya və Çinlə silahlara nəzarət mövzusunda ikitərəfli müzakirələrə girmək istəyir.

Bu barədə ABŞ-nin təşkilatdakı daimi nümayəndəsi Linda Tomas-Qrinfild BMT Təhlükəsizlik Şurasının keçirilən iclasında məlumat verib.

“Birləşmiş Ştatlar Rusiya və Çinlə ilkin şərt olmadan indi ikitərəfli silahlara nəzarət müzakirələrinə girmək istəyir. Sizə yetər ki, “hə” deyin və vicdanla masaya yaxınlaşın”, – Tomas-Qrinfild bildirib.

Mövsüm

Aznews.az