Suriyanın HHM qüvvələri Dəməşq üzərində bir neçə İsrail raketini vurub

İsrail Müdafiə Qüvvələri (IDF) Dəməşq vilayətində hərbi mövqelərə hücum edib, hava hücumundan müdafiə qüvvələri isə bir neçə raketi vurub.

Bu barədə Suriya Müdafiə Nazirliyinin "Facebook" sosial şəbəkəsindəki səhifəsində məlumat verilib.

Hücum yerli vaxtla 2:10-da Qolan təpələrindən baş verib. Zərbələr Dəməşqin kəndlərində bir sıra hərbi obyektlərə endirilib.

“Bizim hava hücumundan müdafiə sistemlərimiz raket hücumuna cavab verib və onların bəzilərini vurub. İtkilər maddi ziyanla məhdudlaşıb”, - idarədən bildirilib.

Mövsüm

Aznews.az