Kuba ABŞ-ə etiraz notası göndərib

Kuba ABŞ-nin Havanadakı səfirliyinə etiraz notası göndərərək, ölkədə ərzaq qıtlığı və elektrik enerjisinin kəsilməsi səbəbindən keçirilən nümayişlərlə bağlı hökuməti tənqid edib.

Kuba Xarici İşlər Nazirliyi ABŞ-ın Havanadakı səfirliyinin müvəqqəti işlər vəkili Benjamin Ziffin “müdaxiləçi şərhləri”nə görə ona etiraz notası göndərildiyini açıqlayıb.

Kuba xarici işlər nazirinin müavini Karlos Fernandez de Kossio ABŞ-nin şərhlərini “Kubanın daxili işlərinə açıq-aşkar müdaxilə və hörmətsizlik” adlandırıb.

ABŞ-nin Kubaya qarşı illərdir tətbiq etdiyi sanksiyalara işarə edən Kossio, nümayişlərə səbəb olan problemlərdən ABŞ-nin da məsuliyyət daşıdığını bildirib.

Mövsüm

Aznews.az