Yle: Finlandiya döyüş gəmilərini Ukraynaya təhvil verib

Finlandiya Rumıniya vasitəsilə çatdırılacaq döyüş gəmilərini Ukraynaya təhvil verib.

Bu barədə "Yle" rumın mətbuatına istinadən məlumat yayıb.

“Rumıniya həmçinin 50-yə yaxın Ukrayna əsgərinə gəmiləri idarə etməyi öyrədəcək. Rumıniya prezidenti Klaus İohannis qəbul edilən qərarlar barədə parlamenti məlumatlandırıb”, - nəşr yazır.

Xəbərdə gəmilərin növləri və sayı, eləcə də Finlandiya hakimiyyətinin Ukraynaya hərbi yardımının ümumi məzmunu açıqlanmır.

Mövsüm

Aznews.az